`İnsan hüquqlarının pozulması Avropa Oyunlarına ləkə gətirib`

Azərbaycan Avropa Oyunları haqda müsbət iz buraxmaq istəyirsə ədalətsiz olaraq həbs edilənləri, hökuməti tənqid edənləri dərhal və şərtsiz azadlığa buraxmalıdır. Bu barədə Amnesty International təşkilatının bəyanatında deyilir.
 
Oyunlar ərəfəsində insan hüquqlarının pozulması jurnalistlər, hüquqşünaslar, gənc fəallar və müxalifətçi siyasətçilərdən yan keçməyib. Onlar təqib edilib, qorxudulub, uydurma ittihamlarla həbs olunublar.
 
“Hakimiyyət Oyunlar ətrafında tənqidsiz mühit yaratmağa kobud cəhdlər edib, xarici jurnalistlərin və hüquq-müdafiə təşkilatlarının bir hissəsi ölkəyə buraxılmayıb”, - Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib.
 
“Lakin beynəlxalq KİV hər şeyi işıqlandıraraq bütün dünyaya göstərdi ki, ölkədə biabırçılıqlar var, lakin bunu ört-basdır etməyə çalışırlar”.
 
Oyunların açılış məasimindən iki gün öncə -iyunun 10-da Amnesty International missiyasının öz yeni hesabatının açıqlamaq üçün ölkəyə girişi qadağan edildi. Növbəti gün bəlli oldu ki,   The Guardian, Radio France International və Almaniyanın ARD kanalının jurnalistləri də ölkəyə buraxılmayıblar.
 
Azərbaycanda insan hüquqlarının pozulmasının KİV-də geniş işıqlandırılmasına baxmayaraq, bu dəyərlərə əməl olunmasına məsul ola

Google+ WhatsApp ok.ru