İnsanları əlavə stressə salan `stress çarxı` qadağan olunur - FOTO

İnsanları əlavə stressə salan `stress çarxı` qadağan olunur - FOTO

Son zamanların ən məşhur oyuncağı olan stress çarxı üçün qadağalar başlayıb.
 
Amerika Birləşmiş Ştatlarındakı bəzi ştatlar, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində qəbul edilən qərarlarda bildirilir ki, stress çarxı uşaqların diqqətinin dağılmasına səbəb olur. 
 
 
Bəzilərinin "müasir zikr" adlandırdığı stress çarxı, hər gün daha çox yayılır. Ancaq mütəxəssislər uşaqların bu oyunları məktəblərə apardığı üçün həyəcan təbili çalırlar. 
 
 
Qiyməti 5-25 AZN arasında dəyişən bu oyunların adı "stress çarxı" olsa da, onun daha çox stress yaratdığını deyənlər də var. Sosial şəbəkələrdə bu barədə müzakirə aparanlar, "Ehtiyac yoxdur istifadəyə. Stress çarxlarından istifadə edənlər daha da stressə düşür. Çevirir, "niyə istədiyim kimi olmadı", - deyib, yenidən qeyri-adi stressə qapılır. Həvəsdən başqa bir şey olmadığını düşünürəm. Bir nəfər istifadə edir və insanlar həvəsə düşüb almağa başlayırlar. Bir faydası olduğunu düşünmürəm", - deyə yazır. (faktxeber) / 
 
 
 
 

Google+ WhatsApp ok.ru