İnterAz televiziya kanalı Vergilər Nazirliyində qeydiyyata alınıb

"İnterAz Media and Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Azərbaycan Vergilər Nazirliyində rəsmi qeydiyyata alınıb.
 
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iradlarını nəzərə alaraq, media üzrə hüquq mütəxəsislərinin köməyilə "İnterAz" televiziya kanalının Bakı nümayəndəliyinin qeydiyyatdan keçməsinə dair sənədlər operativ olaraq hazırlanıb və Vergilər Nazirliyinə təqdim edilib. Nazirlik də öz növbəsində müraciətə tezliklə müsbət cavab verib. Beləliklə, televiziya kanalı oktyabr ayının 5-dən etibarən rəsmi qeydiyyatdadır.
 
Xatırladaq ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sentyabrın 21-də bir sıra KİV-in, o cümlədən "İnterAz" televiziya kanalının ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərdiyini bildirmişdi.

Google+ WhatsApp ok.ru