İnternet istifadəçiləri provayderlərdən narazıdır -VİDEO

İnternet istifadəçiləri provayderlərdən narazıdır -VİDEO

Ya xətt kəsilir, ya da naqil qırılır. Xərc isə  hər dəfə istifadəçidən tələb olunur.
 
İnternet istifadəçiləri problemlə qarşilaşırlar. Texniki problemlər səbəbindən yaranan nasazlığın xərci abunəçidən tələb olunur.
 
Şikayətçinin sözlərinə görə, evə internetin naqili binanın damından gəlir. Uşaq əli dəyməyən xəttin  tez-tez qırılması mümkün deyil. Bəs görəsən doğrudan da  "ustanın zəhmət haqqısı" adı ilə tələb olunan bu məbləği istifadəçi ödəməlidir, ya provayderlər onların məlumatsızlıqlarından istifadə edirlər?
 
Vəkil Asif Abdullayev deyir ki, Azərbaycanda xeyli sayda provayder var. Bazarda rəqabətin olduğu bir vaxtda provayderlər ona görə müştəri itirməkdən qorxmurlar ki, öz aralarında razılığa gəliblər. Hərə öz ərazisini internetlə təmin etdiyindən müştərinin provayderi dəyişməyi ya mümkünsüzdür,  ya da daha çox xərc hesabına başa gəlir.
 
Bu cür hallarla rastlaşan müştərilər isə çox vaxt haqqlarını məhkəmə müstəvisində axtarmağa üstünlük vermir.  Əslində isə qanun abunəçinin tərəfindədir. Hətta vətəndaş şirkətə qarşı təzminat da tələb edə bilər.
 

Google+ WhatsApp ok.ru