İntihar edən tələbə haqda universitetdən - Açıqlama

Türkan Həsənzadə sakit bir tələbə idi. Heç kəsə qaynayıb-qarışmırdı.
 
Bu sözləri Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova özünü yaşadığı binanın damından atan tələbə haqda danışarkən deyib.
 
Onun sözlərinə görə, Türkan əvvəllər yaxşı oxuyan, fəal tələbə olub:
 
"Əslində, təhsilini başa vurub. Sadəcə, sonuncu il akademik borcları yarandı və təzədən universitetə gedib-gəlirdi. Əvvəllər yaxşı oxuyardı, axırıncı il isə çox passivləşdi. Tələbə yoldaşlarına da bir o qədər qaynayıb-qarışmazdı. Ona görə niyə intihar etməsi haqda hələ məlumatımız yoxdur".
 
Qeyd edək ki, APA paytaxtın Nizami rayonunda tələbə qızın intihar etdiyi xəbərini yayıb.
 
Rayon sakini, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə özünü yaşadığı binanın damından atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.(axar.az)

Google+ WhatsApp ok.ru