İntiqam Əliyev ev dustaqlığına buraxılmadı

Müdafiə tərəfi Nəsimi Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir


Ötən gün Nəsimi Rayon Məhkəməsi Hüquqi Maarifləndirmə Cəmiyyəyinin rəhbəri İntiqam Əliyevin barəsində həbs qətimkan tədbirinin ev həbsi ilə dəyişdirilməsi barədə vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Anar Qasımlı bildirib.

Onun sözlərinə görə, məhkəmə İ.Əliyevin mənzilində və ofisində axtarış zamanı qanun pozuntusunun tanınması barədə vəsatəti təmin etməyib.

Xatırladaq ki, axtarış zamanı ailəyə məxsus elektron daşıyıcılar, Avropa İnsan Hüquqları Məhkəməsində hüquqları müdafiə olunan vətəndaşların işlərinə dair materiallar götürülüb. Müdafiə tərəfinin fikrincə, bu materialların İ.Əliyevin cinayət işinə aidiyatı yoxdur.

Müdafiə tərəfi Nəsimi Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.

İ.Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınmaqda, qanunsuz sahibkarlıqda və vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunur.

O, ittihamları rədd edərək onları siyasi motivli hesab edir.

Amnesty International təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb. maide.az /

Google+ WhatsApp ok.ru