İntiqam Əliyev ağrıdan hərəkət edə bilmir 15 May 2015 01:00 Ölkə Hüquq müdafiəçisi vəkili ilə görüşə gedə bilmədi Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhəti pisləşib. Bu barədə onun vəkili Cavad Cavadlı facebook səhifəsində məlumat yayıb. Vəkil mayın 15-də İntiqam Əliyevlə görüşə gedib, lakin o, kəskin ağrılara görə görüşə gələ bilməyib. “İqtiqam Əliyevlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getmişdim. İntiqam müəllim görüşə gəlmədi və xəbər göndərdi ki, belində kəskin ağrılara görə hərəkət edə bilmir. Çox həyəcanverici bir xəbərdir. Hazırda Penitensiar Xidmətə və Bakı İstintaq Təcridxanasına müraciətlər hazırlayıram”, - deyə vəkil qeyd edib.azadliq/ Teqlər : #İntiqam Əliyev ağrıdan hərəkət edə bilmir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda 3,4 milyard əmanət təhlükədə Meriya Milli Şuraya “23 may” dedi