Nuh peyğəmbərin gəmisi üzərində 5 məsumun adı olan tablo - Foto

Nuh peyğəmbərin gəmisi üzərində 5 məsumun adı olan tablo tapılıb. 
Bu tablo 1951-ci ildə Rus arxeoloqları tərəfindən tapılıb. Məlumata görə, 1951-ci ilin yanvar ayinda bir qrup Rus mütəxəssisi tədqiqat aparmaq məqsədi ilə yeralti qazintilar apararkən anidən çürümüş taxta lövhələrə rast gəlirlər. Bir az yeri qazdiqdan sonra orada çoxlu taxta lövhələrin basdirildiği məlum olur. Lakin o taxta parçalari uzun müddət keçdiyinə görə çürüyərək məhv olmuşdu. Lakin, qazinti zamani mütəxəssislər digərlərindən fərqlənən və taxta lövhələrin sirrini əhatə edən qeyri-adi bir işarəyə rast gəlirlər. Böyük bir diqqətlə yerin qazintisi bitdikdən sonra mütəxəssislər orda olan qiymətli lövhələri və digər əşyalari çixarirlar. Onlarin içində olan uzun bir taxta parçasina diqqət yetirildikdə hami dəhşətə gəlir.Çünki, uzun müddət ərzində bütün taxta parçalarinin çürüməsinə baxmayaraq ölçüsü 12-10 olan bu uzun lövhə parçasi sağlam şəkildə qalmişdi. Onun üzərində bəzi qədim hərflər var idi.
Bu səbəbdən Rusiya dövləti 1953-cü ildə bu taxta lövhələri araşdirmaq və tədqiq etmək üçün bir komitə yaradir. Bu komitənin üzvləri dünyanin müxtəlif ölkələrindən olan arxeoloq və qədim yazilar üzrə mütəxəssislər idi. 8 ay araşdirma və tədqiqat aparildiqdan sonra bu taxta lövhələrin sirri açilir. Məlum olur ki, o Nuh (ə)-in gəmisindən bir parçadır. Taxta lövhənin ortasinda sami dilində bir neçə ifadədən ibarət əl işarəsi çəkilibmiş. 8 ay müddətində Komitə üzvləri orada olan yazilari oxumağa və tədqiq etməyə çalişmiş və sonda həmin ifadələrin sirri açilaraq rus və ingilis dillərinə tərcümə edilmişdir.
Aşağida həmin mətnin Azərbaycan dilində tərcüməsi təqdim edilir
“Ey Rəbbim və çarəsizlərin himayədari olan uca Allah! rəhmətinə, lütfünə və beş müqəddəs şəxs olan Muhamməd ( s ) , Əli ( ə ) , Həsən ( ə ) , Hüseyn ( ə ) və Fatiməyə ( s ) xatir mənə kömək ol. Onlarin hörməti və ehtirami zəruridir. Həqiqətən bütün dünya onlara xatir yaradilmişdir. Ey aləmlərin rəbbi o beş şəxsə xatir mənə kömək ol. Həqiqətən sən bütün məxluqati ən düzgün yola yönəltməyə qadirsən.”
Bu haqda dünyanin müxtəlif jurnallarinda dərc olunmuşdur. Onlardan bir neçəsinın adı belədir:
1-Weekly - Mirror: U.K., December 28,1953.
2-Star of Britain: London, Manchester, January 23,1954.
3-Manchester Sunlight: January 23,1954.
4-London Weekly Mirror: February 01,1954.
5-Bathrah Najaf: Iraq, February 02,1954.
6-AI-Huda: Cairo, March 31,1954.
7-Ellia - Light, Knowledge, & Truth, Lahore, July 10,1964
islaminsesi /
 

Google+ WhatsApp ok.ru