Nuşirəvan Məhərrəmli: “Azərbaycan ərazisi artıq rəqəmsal yayımla əhatə olunub”

“Azərbaycan rəqəmsal yayımla bağlı bütün məsələləri həll edib”. Bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, Azərbaycan ərazisi artıq rəqəmsal yayımla əhatə olunub: “Bununla bağlı hər hansı problemimiz yoxdur. Sadəcə, analoq yayımın dayandırılmasına tələsmirik. Çünki bizim əsas məqsədimiz əhalinin rahatlığıdır. Yoxsa analoq yayımın dayandırılması bizim üçün problem deyil.  İstənilən vaxt bunu dayandıra bilərik. Biz istəyirik ki, bu məsələ tədricən həyata keçirilsin və əhali yavaş-yavaş dekoderlər alıb, televiziya kanallarına baxa bilsinlər".
 
Şura sədri qeyd edib ki, rəqəmsal yayıma keçmək üçün son müddət 2015-ci ilin yayıdır: “Biz öz işimizi görmüşük, televiziya kanallarının rəqəmsal yayıma keçməyə hazır olub-olmadıqları isə onların problemidir”.

Google+ WhatsApp ok.ru