Növbəti iki günin hava proqnozu

Növbəti iki günin hava proqnozu

Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək.
 
Maide.Az bildirir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
 
O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək: “Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23-dərəcəyədək artacağı gözlənilir”.
 

Google+ WhatsApp ok.ru