Nə qədər qəzalı mənzil var?

Nə qədər qəzalı mənzil var?

"Exo" qəzetində isə "Bakının qəzalı binalarından köçürülməyə 1 milyard manat lazımdır" sərlövhəli məqalə diqqət çəkir.
 
Ekspert Nəriman Ağayev mövzu ilə bağlı qəzetə bunları deyib: "Bakıda qəzalı binalar var ki, vətəndaşlar qorxu və risk altında olsa da, orada yaşayırlar. Bu binalardan köçürülmə 1 milyard manat tələb edir. Bakıda qəzalı evlərin sayı regionlardan çoxdur. Bu evlərin istismar müddəti çoxdan keçib. Hətta əsaslı təmir belə onların ömrünü uzada bilməz".
 
Ekspert hesab edir ki, yaxın vaxtlarda hökumət dövlət büdcəsindən belə bir məbləği ayıra bilməyəcək.
 
N.Ağayevin fikrincə, hökumət yalnız sakinlərin həyatına son dərəcə təhlükə olan evləri qəzalı sayır: "Belə binaların sayını dəqiq demək çətindir. Bu binalar əsasən Xəzər, Xətai, Sabunçu, Suraxanı rayonlarında cəmləşib. Bunlar əsasən neft mədənlərində tikilmiş evlərdir ki, istismar müddəti artıq çoxdan bitib və onlar ilk növbədə sökülməlidir".
 
N.Ağayev deyir ki, sökülməsi lazım gələn ikinci qrup binalar SSRİ-nin birinci beşilliyində (1928-1932-ci illər) tikilənlərdir. Üçüncü qrup sökülməli olan binalar isə "xruşşovka"lardır (1960-cı illərdə tikilib). Onların da sökülmə vaxtı çatıb. /

Google+ WhatsApp ok.ru