Oliqarxın oğlu axtarışa verilib

Beynəlxalq Bankda qaytarılmayan kreditlərlə bağlı işadamı axtarışa verilib.
 
apa-nın məlumatına görə, həmin şəxs «Azərbaycan Konsaltinq Qrup»,«PNN Group» və bir sıra başqa şirkətlərin sahibi Nəsib Piriyevdir. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib.
 
N.Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmağına baxmayaraq, ölkəyə qayıtmadığı bildirilir.
 
N.Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra buraxılan işadamı Nizami Piriyevin oğludur.
 
N.Piriyevin işi ilə bağlı daha dörd işadamı hazırda həbsdədir.​ /

Google+ WhatsApp ok.ru