Çovdar qızıl yatağının işçiləri maaşlarını tələb ediblər (VİDEO)

Daşkəsənin Çovdar kəndindəki qızıl yatağında çalışan işçilər 21 ayın maaşını tələb edirlər. İşçilər deyir ki, onlar bu yatağın istismarı ilə məşğul olan AİMROC adlanan şirkətlə müqavilə bağlayıblar.
 
Maaşlarını tələb etmək üçün Daşkəsəndən, Gəncədən gələn işçilər deyir ki, AİMOC-un Çovdarda, Gəncədə və Bakıdakı ofislərində heç kim qalmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Milli Məclisdən onlara məhkəməyə müraciət etmələrini məsləhət görüblər.
 
Həbsdə olan jurnalist Xədicə İsmayıl "Qızıl mədənlərində Əliyevlərin payı" adlı araşdırmasında göstərir ki, AIMROC-u 4 şirkət yaradıb: Londex Resources, S.A., Willy and Meyris S.A., Fargate Mining Corporation və Globex International LLP. Amma əslində “Globex” Panamada qeydiyyatdan keçmiş 3 şirkətə məxsusdur.
 
Panamanın dövlət qeydiyyatı reyestrinə görə, hər üç şirkəti idarə edənlər arasında prezident Əliyevin iki qızı Leyla və Arzu Əliyevaların, eləcə də isveçrəli biznesmen Oliver Mestelan-ın adı var.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə, Çovdardakı qızıl yatağında 44 tondan artıq qızıl, 164 tondan artıq gümüş var. Bu da ümumilikdə 2.5 milyard dollar dəyərində sərvətdir.
 
İşçilərdən Mehman İsmayılov da bu şirkətin hər hansısa vətəndaş tərəfindən yaradıldığına inanmadığını deyir. meydantv/

Google+ WhatsApp ok.ru