Pakistanda şiələrə qarşı terror davam edir

Pakistanın Ravalpindi şəhərində şiə siyasi fəal və daha iki nəfərə qarşı teror aktı həyata keçirilib və öldürülüb. 
Maide.az-ın məlumatına görə, Pakistanın nüfuzlu şiə şəxsiyyətlərindən və Təhrik İnsaf Partiyasının fəallarından olan Fəyyaz Hüseyn Şah  silahlı şəxslər hücum edib və  öldürüb.
Fəyyaz Hüseyn Şah  Mir  Qazi və Mir Həmzə adlı daha iki gənclə birlikdə  axşam evinə dönərkən silahlı hücuma mərzu qalıb. Silahlı şəxslər F.Hüseyn Şah-ın yanındakı iki gənci də öldürüblər.   
Qeyd edək ki, ötən həftə Pakistanın Ravalpindi şəhərində  şiə məscidində İslam Peyğəmbərinin (s) və İmam Cəfər Sadiq (ə) –ın mövlud mərasimi münasibəti ilə keçirilən zaman kamikadze özünü partlatdı, partlayış nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralanmışdı./ 
 

Google+ WhatsApp ok.ru