Nazirlik: Şənbə gününə dərslərin salınması ali məktəblərin öz ixtiyarındadır 23 Sentyabr 2021 16:31 Ölkə "Əgər universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halı olacaqsa, o zaman həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır: “Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar”. Teqlər : #Nazirlik:,#Şənbə,#gününə,#dərslərin,#salınması,#ali,#məktəblərin,#öz,#ixtiyarındadır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha gözlənilən hava şəraiti açıqlanıb Azərbaycanda institutlardan birinin adında dəyişiklik olub