Pakistanlı nazirdən `İslami terrorizm` ifadəsinə etiraz

Pakistanlı nazirdən `İslami terrorizm` ifadəsinə etiraz

Terrorizm heç bir din ilə sinonim məna daşımır. Terrorçular məsihi (xaçpərəst), müsəlman, buddist və ya "hindu" deyildirlər, onlar təkcə "terrorist" və cinayətkardırlar.
 
Maide.Az xəbər verir ki, Pakistanın müdafiə naziri Xacə Məhəmməd Asif, Almaniyanın Münhen şəhərində keçirilən "təhlükəsizlik toplantısı"nda natiqlər tərəfindən "İslami terrorizm" ifadəsinin dəfələrlə təkrarlanmasına və ümumiyyətlə belə bir ifadənin işlədilməsinə qarşı kəskin etirazını bildirib.
 
Pakistanlı naziri, bu toplantıda iştirak edən müxtəlif ölkələrin rəsmi nümayəndələrinə birbaşa müraciət edərək dedi: "Terrorizm heç bir din ilə sinonim məna daşımır. Terrorçular məsihi (xaçpərəst), müsəlman, buddist və ya "hindu" deyildir, onlar təkcə "terrorist" və cinayətkardır".
 
Pakistanın müdafiə naziri "İslami terrorizm" ifadəsinin yanlış olduğunu vurğulayaraq və bu ifadənin işlədilməsinə qəti şəkildə etiraz edərək dedi: "Terrorçuların və terrorizmin qurbanlarının 90%-dən çoxu müsəlmanlardır. Mən səhər tezdən indiyədək bu ifadəni dəfələrlə natiqlərin dilindən eşitdim. ABŞ-ın prezidenti dayanmadan bu ifadəni səsləndirir. Və bu, cəmiyyətdə "islamofobiya"nı qızışdırmaqdır. Çünki bu ifadəni işlədənlər "terrorizm" ilə "İslam"ın sinonim olduğunu göstərməyə çalışır.
 
Xacə Məhəmməd Asif Amerikanın siyasətlərini kəskin şəkildə məhkum edərək deyib: "Terrorizm ilə mübarizə bütün bəşəriyyət və insanlar üçün müştərək döyüşdür və Pakistan terrorizm ilə mübarizə üçün qəti qərarlıdır".
 
Qeyd edək ki, keçən həftənin cümə günündən bazar gününədək keçirilən "Münhen təhlükəsizlik toplantısı"da 10 ölkənin prezidenti, ABŞ prezidentinin müavini, 8 ölkənin baş naziri, 30 ölkənin xarici işlər naziri, 20-dən çox ölkənin müdafiə naziri, BMT-nin baş katibi, NATO-nun baş katibi, İƏT-in baş katibi, Ərəb Birliyi, Şanghay təşkilatı, Avropa parlamentlərinin rəisləri, Avropa Şurası üzvləri, Avropa Birliyinin xarici siyasət məsulu, Atom Enerjisinə Nəzarət Təşkilatının direktoru, İnterpol, Beynəlxalq Miqrant Təşkilatı, Miqarantların işi üzrə ali komisarlıq və Avropa Birliyinin komissarları iştirak edib.
 
Bu iclasda NATO-nin gələcəyi, dünyada təhlükəsizliyin və nizam-intizamın qurulması, terrorizm, radikalizm, Ərəb dünyası, Suriya, Ukrayn, Koreya və digər mühüm məsələlər müzakirə edilib. (iqna) /

Google+ WhatsApp ok.ru