Pakistan məktəblərində Quran dərsləri tədris olunacaq

Pakistan hökuməti ölkənin təhsil müəssisələri, özəl və dövlət məktəblərinin dərs proqramlarında Quran təlim dərslərinin tədrisinin həyata keçirilməsinə qərar verib. Bunu Pakistanın dini işlər üzrə naziri Sərdar Məhəmməd Yusif deyib. 
Maide.az  xəbər verir ki, Quran dərsləri məktəblərdə birinci sinifdən 10-cu sinifədək şagirdlərə tədris olunacaq. “Dərslər iki istiqamətdə Quranın qiraəti və tərcüməsi üzrə həyata keçiriləcək. Bu proqrama əsasən, bütün məktəblərdə birinci-beşinci siniflərdə Quranın qiraəti və 6 -10-cu siniflərdə isə Quranın tərcüməsi dərsləri təşkil olunacaq”, -deyə S.M.Yusif bildirib. /
 
 

Google+ WhatsApp ok.ru