Parkomatların `Okey` düyməsini kim sındırır? - VİDEO

Parkomatların `Okey` düyməsini kim sındırır? - VİDEO

Bakıda 3 il  əvvəl parkomat aparatları quraşdırılanda sürücülər sevindilər. Hamı deyirdi ki, bu düyməli "qara qutu" şəhərdə avtomobillərin nizamsız saxlanmasının, tıxacın qarşısını alacaq.  Amma, bir müddət sonra sürücülərin işini asanlaşdırmalı olan parkomatın içindən problemlər çıxmağa başladı. Məlum oldu ki, parkomatların əksəriyyəti üçün düzgün yer seçilməyib. Yol polisi də irad bildirdi. İndi isə başqa problem çıxıb ortalığa. Nə qədər qəribə olsa da, parkomatların düymələri işləmir.  Xüsusilə, ən vacib olan "Okey" düyməsi. 
 
Sürücülərin dediyindən belə qənaətə gəlmək olur ki, problemlər əslində “hər parkomata bir nəzarətçi” prinsipindən qaynaqlanır. İndi elə vəziyyət  yaranıb ki, aparatlara nəzarət edən nəzarətçilərin özünə nəzarət lazımdır. Park olunan 10 avtomobilin yarısının  ödənişi aparata, yarısı da nəzrətçinin cibinə gedir. (atv) /
 

Google+ WhatsApp ok.ru