Parlamentə hücum: 2 ölü, 3 yaralı

Pakistanın Kəraçi şəhərində naməlum silahlı parlamentin təhlükəsizlik xidməti əməkdaşlarına hücum edib. Kamikadze motosikleti ilə hərbiçilərin üzərinə hərəkət edərək özünü partladıb. Nəticədə 2 nəfər ölüb, biri ağır olmaqla 3 nəfər yaralanıb.
 
Ans press-in məlumatına görə, eyni gündə daha bir hücum isə, məscidə olub. Məscidin yaxınlığında motosikletə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
 
Hücumlara görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Hər iki faktla bağlı istintaq araşdırması başladılıb. Polisin hücumların Taliban silahlıları tərəfindən törədildiyini ehtimal edir./

Google+ WhatsApp ok.ru