Parlament seçkiləri: seçicilərin 50,1 faizi səs verib

Bu gün Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar seçici fəallığı ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb.
 
MSK-nın İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17:00-a qədər olan məlumata görə, respublika üzrə 2 milyon 605 min 948 seçici səs verib. Bu, 50,1 faiz seçici fəallığı deməkdir.
 
Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir. /

Google+ WhatsApp ok.ru