PAXIL – «ÖZ»ÜNÜ İTİRƏNLƏR SIRASINDA!

PAXIL – «ÖZ»ÜNÜ İTİRƏNLƏR SIRASINDA!

 İmam Əmirəlmömininin Əlinin (ə) paxıla aid bir cümləsi var: «Paxıl həqiqi «öz»ünü itirənlər sırasındadır.» Yəni onun «öz»ü pul və sərvətə dönüb. Pul və sərvəti əsillilik hesab edənlər pulda qərq olur, onların qəlbi daşa çevrilir. Bu tip adamların əsl mənliyi pula dönür, puldan qeyri «mənliyi» olmur, çünki həqiqi «mənliyi» itirmiş olur.

Nəticə etibarı ilə, pulu öz xatirinə deyil, «öz»ünü pul xatirinə istəyir. Yəni canından, həyatından, sağlamlığından, ömründən pul üçün maya qoyur. Lakin puldan öz sağlamlığına, səadətinə və öz ömrünə maya qoymağa hazır olmur. Həzrət buyurur: «Simic (paxıl) adama təəccüb edirəm ki, sərvət və dövləti olduğu halda, ehtiyacsızlıq ardınca düşür və kasıb adamdan qaçır. Əslində isə, həmin kasıbçılığa giriftar və həmin vardan uzaqdır.»

Mətləbin izahı «Nəhcül-bəlağə»dədir. Buyurur: «Dünyada kasıb, bədbəxt və taledən küskün bir adam yaşayır, özünü pula sərf edir və pulu özünə sərf etməyə hazır deyildir.» Sadə dillə desək, köhnə paltar geyinir, pendir-çörək yeyir.

Əgər o, sərvətini özünə deyil, başqasına sərf etsəydi, xeyirxah insan adını qazanardı. O, ömrü boyu pendir-çörək yeyir ki, birdən yoxsullaşıb pendir-çörək yeyər! Bu elə insanın «öz»ünü itirməsidir. (“Əxlaq fəlsəfəsi”, Ustad Şəhid Mürtəza Mütəhhəri, 7-ci məclis.)(Maide.az)

 

Google+ WhatsApp ok.ru