Paytaxtın Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Paytaxtın Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

 
Payız-qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparılacaq
 
 Bakı şəhərinin Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Maide.Az-a verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız-qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından sentyabrın 30-da saat 9:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. /

Google+ WhatsApp ok.ru