Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq 27 Avqust 2016 01:00 Ölkə "ASAN peşə" layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb. Təhsil Nazirliyindən verilən məlumata görə, nazirliklə "ASAN xidmət" arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış "ASAN peşə" layihəsi 11-26 avqust 2016-cı il tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu "ASAN xidmət" mərkəzlərində aparılıb. "Asan peşə" layihəsi üzrə 4066 nəfər müraciət edib. Onlardan 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu gündən sentyabrın 1-dək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər. Boş qalan yerlərə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində aparılacaq. (trend) / Teqlər : #Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Samux və Sabunçu rayonlarında qaz təchizatı məhdudlaşdırılacaq İstirahət gününün hava proqnozu açıqlanıb