Penalti zərbəsində yeni qaydalar gəlir

Penalti zərbəsində yeni qaydalar gəlir

Futbolda oyun qaydalarını müəyyənləşdirən Beynəlxalq Futbol İttifaqı Kabineti penalti zərbələrində dəyişiklik etməyə hazırlaşır.
 
Hazırlanan layihədə oyun zamanı istifadə edilən penaltilər bir zərbə olacaq. Yəni ardıcıl penalti vuruşlarında olduğu kimi top qapıçıdan və ya dirəkdən qayıdarsa, təkrar vuruş olmayacaq. Oyun aut atışı ilə başlayacaq.
 
Layihə mart ayında səsverməyə çıxarılacaq. Qəbul edilsə, iyun ayında tətbiqinə başlanılacaq.
 
Digər bir dəyişiklik isə qapıçıların penalti zərbəsində mövqeyi ilə bağlıdır. Qapı xəttində dayanma zəruriliyi olan qapıçıların bir ayağını irəli atmasına icazə verilməsi gündəmdədir.  /FaktXəbər /
 

Google+ WhatsApp ok.ru