Pensiyaçılara kredit verilişi niyə dayandırıldı? - EKSPERTDƏN AÇIQLAMA

"Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır". 
 
Maide.Az- ın məlumatına görə, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.
 
O qeyd edib  ki, yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemi kredit məsələsini həll etmək mümkün deyil:  "Maliyyə Bazarlarına Nəzarət Palatası təqaüdçülərə kreditlərin verilməsi qadağan edib. Beynəlxalq praktikada hansısa yaş qrupuna keditlərin verilməsinin qadağan edilməsi halına rast gəlinmir. Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa onun yaşından, peşəsindən asılı olmayaraq kredit almaq hüququ olmalıdır. Eyni zamanda, kimə kredit verib-verməmək hansısa qurumun deyil, bankın səlahiyyətindəki məsələ olmalıdır. Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Eyni zamanda, əgər təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib kedit üçün müraciət edirsə bank nə üçün ona mənfi cavab verməlidir ki? Ödəmə qabiliyyəti olan pensiyaçı yaşı nisbətən çox olduğuna görə niyə kredit almaq hüququndan istifadə etməməlidir ki? Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır. Eyni zamanda, beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemi kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var"./
 

Google+ WhatsApp ok.ru