Peyğəmbər (s) mövludu ilə bağlı Bakıda möhtəşəm bayram tədbiri keçirilib

İslam dünyası rəbbiül-əvvəl ayının 12-17-si tarixlərini əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s)  mövludu günləri kimi qeyd edir. Bu günlərin  İslam dünyasının birlik rəmzi  - "Vəhdət həftəsi" - kimi qeyd edilməsi ilk dəfə  İslam İnqilabının dahi rəhbəri İmam Xumeyni (rə)  tərəfindən təşəbbüs edilib və  bütün müsəlmanlar tərəfindən müsbət qarşılanıb və hər il bu münasibətlə müxtəlif bayram tədbirləri keçirilir. 
Maide.az-ın məlumatına görə, dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da Həzrət Muhəmmədin (s) və 6-cı İmam Həzrət İmam  Sadiqin (ə) mövlud günləri böyük şövqlə qeyd olunur. Belə bayram tədbirlərdən biri də yanvar ayının 13-də  Bakıda 7-ci Mikrarayonundakı sadlıq evlərinin birində paytaxtın müxtəlif bölgələrindən Əhli-Beyt (ə) sevərlər və tanınmış ilahiyyatçılar, din xadimləri, əhli-beyt məddahları, şairlərin iştirakı ilə keçirilib. 
500 nəfərdən çox əhli-beyt (ə) aşiqinin iştirakı ilə keçirilən mövlud tədbiri Qurani Kərimin tilavəti ilə başlanılıb. Mərasimdə həmçinin tanınmış ilahiyyatçılar  DEVAM sədri Hacı İlqar İbarhimoğlu , Hacı Zülfüqar Mikayılzadə,  Nardaran axundu Hacı Nuhbala Rəhimov, Hacı Rəşad, Hacı Telman, Kərbəlayi Qədir Məmmədov, Hacı Cəlal Şəfiyev və Sərdar Hacıhəsənli iştirak etmişlər. İlahiyyatçılar Həzrət Peyğəmbər (s) və İmam Cəfər Sadiq (ə) fəzilətindən danışmış və mövlud münasibəti ilə öz təbriklərini iştirakçılara çatdırmışlar. Daha sonra müxtəlif ilahi  mahnılar qruplarının ifasında biri-birindən gözəl ilahilər səsləndirilib. Əhli-Beyt (ə) şairləri qəsidələr və şerlər oxuyub. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru