Pis düşüncələrin beynimizi dəyişdirdiyinə dair dəlillər və bununla mübarizə üsulları

Pis düşüncələrin beynimizi dəyişdirdiyinə dair dəlillər və bununla mübarizə üsulları

 Maide.Az  Bu gün ağılınızdan ən çox keçən düşüncələri xatırlayın. Xatırladınızmı? Çox gözəl, indi də dünənkiləri xatırlayın, sonra keçən həftənin düşüncələrini, sonra keçən ayın və keçən ilin... Bunlara geniş bir çərçivədən baxdığınız zaman müəyyən qəliblər görürsünüzmü? Xüsusilə, sizi incidən və fikrinizi məşğul edən düşüncələr bir-birinə bənzəyirmi? Əgər elədirsə buyurun...

 
1. Elm hər ötən gün beynimiz haqqında daha çox sirrə vaqif olmağımızı təmin edir...
Əslində, təkrarlanan və başqa şəkillərə bürünüb bizi narahat etməyə davam edən düşüncələrimiz, beynimizdəki neyronlar və onlar arasındakı əlaqələr araşdırıldığında rahatlıqla görülə bilər. Özümüzə məxsus zənn etdiyimiz və yuxularımızı qaçıran bu düşüncələr əslində beynimizdəki kimyəvi maddələrin səviyyələrindəki dəyişimdən başqa heç bir şey deyil. Maraqlıdır elə deyil? O qorxu və kədərlərin zehininizin xaricində də var olduğunu düşünürdünüz, amma onları yaradan yalnız zehinlərimizdir...
 
2. Əgər bu vəziyyət uzun müddət davam edərsə, düşüncələrimizlə mübarizənin bir yolunu tapa bilməsək bəxtsiz taleyimizə sonsuza qədər məhkum olduğumuza inanmağa başlayırıq...
Əslində, vəziyyət  sandığınız qədər pessimist deyil. Çünki, bu düşüncələrlə mübarizə edib qalib gəlmək mümkündür, həm də çox sadə üsullarla. Lakin, ondan əvvəl, pis düşüncə sarmaşığının beynimizə necə yerləşdiyini və bizi öz varlığına necə öyrəşdirdiyini araşdıraq...
 
3. Mənfi düşüncə və davranışları təkrarlamaq vücudumuzda asılılıq yaradır...
Mənfi düşüncələr, mənfi davranışlara səbəb olar, əziz dostlar. Və mənfi davranışlar da özünüzü getdikcə daha çox pis hiss etmənizə səbəb olar. Ancaq, iş çox vaxt yalnız pis hiss etməklə məhdudlaşmır. Belə bir həyatı mənimsəmək zehni sağlamlığımıza da bir sıra dağıdıcı təsirlər qoyur...
 
4. Beynimizdə bir yol açsaq, o yol tez-tez istifadə edilməyə başlayar...
Beynimiz neyronlar və bu neyronlar arasındakı sinaps adlanan əlaqə nöqtələrindən ibarətdir, əziz dostlar. Sinapsların ətrafını əhatə edən boş sahəyə isə sinaptik aralıq deyilir. Zehinimizdə müəyyən düşüncələr dolanmağa başladığı zaman neyronlar və sinapslar, sinaptik aralıqdan istifadə edərək bir-birlərinə müxtəlif kimyəvi maddələr göndərməyə başlayarlar və bu da sinapslar arasında daha sonradan təkrar istifadə edilə bilən bir körpü meydana gətirər.
 
5. Qısacası, düşüncələrimizin yaratdığı elektrik yükü, keçdiyi yerdə xatırlanacaq bir əlaqə, bir cığır meydana gətirər.
Və bir şeyi davamlı olaraq düşündükcə, yalnız yol açmırıq, həm də bir müddət sonra sinapsların bir-birilərinə getdikcə yaxınlaşmasına səbəb oluruq. Beynimiz bu şəkildə yeni bağlantılar qurmağa başlayar və nəhayət, eyni düşüncələr gəldiyi zaman yol üzərindəki sinapslar eyni anda parıldamağa başlayar. 
 
6. Nəticə olaraq zehinimizdə artıq daha asan və tez hərəkətə keçə bilən bir düşüncə yaratmış oluruq.
Və bu vəziyyət mənfi düşüncələrimiz üçün reallaşdığı zaman getdikcə daha çox narahat olmağa başlayırıq. Əslində düşüncə bizim düşüncəmiz, beyin bizim beynimizdir, amma onları istəsək də zehnimizdən silə bilmərik. Niyə? Çünki, bir düşüncədən nə qədər xilas olmağa çalışsaq, o düşüncə daha güclü hala gəlir. Buna görə də mənfi düşüncələrimiz onlardan qaçmağa çalışdıqca daha tez-tez xatırlanar və nəhayət bütün mənliyimizə sahib çıxar...
 
7. Yaxşı, bu son dərəcə qorxunc görünən dövretməni necə qıra bilərik?
Bura qədər çox pessimist bir rəsm çəkmiş ola bilərik, əziz dostlar, ancaq işin gözəl tərəfi, bəhs etdiyimiz bu yeni əlaqələrin mənfi düşüncələr üçün olduğu kimi, müsbət düşüncələr üçün də qurula bilməsidir. Əgər beynimizi müsbət düşüncələr üçün öyrətməyə başlasaq, bir müddət sonra bu düşüncələri daha çox bəsləməyə və daha asan çağırmağa başlayarıq. Bu da qısa müddət sonra zehni olaraq daha sağlam və daha xoşbəxt bir insan olmağımızı təmin edər.
 
8. Əlbəttə sağlamlaştırdığımız bu düşüncələr həyat tərzimizlə də yaxından əlaqəlidir...
Həyat tərzini dəyişdirmək çox çətin görünə bilər, ancaq heç bir şey bizim xoşbəxt və sağlam olmağımızdan əhəmiyyətli deyil. Özümüzü stressli və bədbəxt hiss etdiyimiz zaman bədənimiz stress hormonu olan kortizolu xaric etməyə başlayır və bu hormon ciddi fiziki narahatlıqlara səbəb ola bilər. Həyat tərzi qədər əhəmiyyətli olan bir başqa faktor isə ətrafımızdakı insanlardır. Ətrafımız həyata mənfi baxan insanlarla əhatəlidirsə, onlardan çox təsirlənərək öz rifahımızı təhlükəyə ata bilərik. Buna görə, pozitiv insanlarla vaxt keçirmək kortizol hormonunu bədənimizə yeritməmək üçün tətbiq olunan texnikalardan biridir.
 
9. Bəs xoşbəxtliyi bəsləmək üçün fiziki gerçəkliyimizi necə dəyişdirə bilərik?
Həyatımız üçün minnətdar olmaq xoşbəxtliyimiz baxımından çox əhəmiyyətlidir. Minnətdar olmaq müsbət duyğularımızı gücləndirərkən, bizi depressiyadan uzaqlaşdırar, özümüzlə və münasibətlərimizlə bağlı yaxşı hisslər yaşamağımızı təmin edər. Müsbət dünyagörüşünün eyni zamanda immunitet sistemini gücləndirdiyi və bizi xəstəliklərdən qoruduğu da məlumdur. Təşəkkür edək, bağışlayaq və yolumuza davam edək ...
 
10. Sizi xoşbəxt edən fəaliyyətlərə yönəlin...
Yaşadığımız bu nizamlı dünyada bir çox insan, özünə zövq verən fəaliyyətləri reallaşdırmağa vaxt tapa bilmədiyindən şikayətlənir. Ölümlü dünya, ölümlü insan, əziz dostlar, özümüzü bu qədər yormayaq. Xoşbəxt olmaq üçün istifadə etməyəcəyiksə, daha çox pul qazanmağın nə mənası var ki? Kitab oxuyaq, yemək bişirək, çıxıb gəzək... Ya da xoşbəxt olmağımızı təmin edən fəaliyyətlər hər nədirsə, onları edək. Bütün bunlar bizi pis düşüncələrdən xilas edəcəkdir...//

 

Google+ WhatsApp ok.ru