Piyadalar xüsusi işıq qaytarıcılarla təchiz oluna bilər 26 Yanvar 2018 02:00 Xəbərlər -- Qəzaların qarşısını almaq üçün Azərbaycanda yol qəzalarının qarşısının alınması üçün piyadaların xüsusi işıq qaytarıcı vasitələrdən istifadə etməsi təklif edilir. Maide.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Komitəsinin üzvü Şahin İsmayılov komitənin bu gün keçirilən iclasında çıxış edib. Ş.İsmayılov bildirib ki, ötən il təqribən 700-dən çox insan yol qəzalarında ölüb: "Bu, olduqca çox böyük rəqəmdir. Bır sıra ölkələrin qanunvericliyində yol qəzalarının qarşısının alınması üçün məcburi şəkildə xüsusi işıq qaytarıcı vasitələrdən istifadə edilir. Bir çox ölkələrdə piyadalar üzərində xüsusi işıq qaytarıcı vasitələr olur və onlar gecə bir növ görünən hala gəlirlər. Bəlkə biz də bunu araşdıraq və bu məsələni qanunvericliyə daxil edək". Teqlər : #Piyadalar xüsusi işıq qaytarıcılarla təchiz oluna bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tibbi dərmanlarla bitki dərmanlarını eyni vaxtda qəbul etmək olmaz -ARAŞDIRMA 2050-ci ilə qədər əhalisi ən çox azalacaq 10 ölkə məlum olub