Polşada on minlərlə müəllim etiraz aksiyası keçirib

Polşa Həmkarlar İttifaqlarının Alyansının Varşavada təşkil etdiyi aksiyada on minlərlə etirazçı iştirak edib.
 
Etirazçılar büdcə müəssisələrində çalışan işçilərin əmək haqqının artırılmasını tələb ediblər.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar ölkənin baş naziri Eva Kopaçın iqamətgahına yürüş edərək tələblərinin əks olunduğu müraciəti ona təqdim ediblər.  
 
Həmkarlar İttifaqları Alyansı müraciətə hökumətin xüsusi iclasında baxılmasını tələb ediblər.  
 
Rəsmi məlumata görə, aksiyada 30 min etirazçı iştirak edib. Təşkilatçılar aksiyaya 60 min nəfərin qatıldığını iddia edir. Məlumata görə, onlardan 20 min nəfəri ölkənin müxtəlif bölgələrindən paytaxtda gəlmiş müəllimlərdir.  /

Google+ WhatsApp ok.ru