Prezidentin sənədsiz evlərlə bağlı fərmanından kimlər bəhrələnəcək?

Bu gün Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilmiş və istifadədə olan daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi barədə fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu fərman onminlərlə vətəndaşın müvafiq icazə almamasına baxmayaraq, məskunlaşdığı evi sənədləşdirməsinə yardımçı olacaq. Belə ki, daşınmaz əmlakın boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda dövlət reyestrində qeydiyyata alınması reallaşacaq.
Bununla da yuxarıda sözügedən ərazilərdə tikilmiş yaşayış sahələrinin də taleyinə aydınlıq gələcək.
Qeyd edək ki, fərmanla Nazirlər Kabineti sözügedən ərazilərdə salınmış yaşayış məskənləri ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Fərmanın imzalanması nəticəsində bəzi yaşayış məntəqələrinin qanunla tənzimlənmiş formada hüquqi status alma imkanları da var.
Yuxarıda adı çəkilən ərazilərin isə əsasən Sulutəpə, Masazır və Binəqədidə Azərbaycan Dövlət Neft Şirkətinə məxsus əraziləri əhatə edəcəyi gözlənilir.
Bildirək ki, bu ərazidə tikilən evlərin əksəriyyəti qanunsuz və sənədsizdir /

Google+ WhatsApp ok.ru