Prezident İlham Əliyev: “Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb”

“Dünyada baş verən bəzi hadisələr belə forumların keçirilməsini zəruri edir”. Bunu IV Bakı Beynəlxalq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, dünyada humanitar təhlilin aparılması üçün belə foruma çox ehtiyac var: “Bakı Beynəlxalq Forumu çox vacib formata çevrilib. Azərbaycan humanitar aspektlərə həmişə böyük diqqət  göstərib”.
 
Prezident bəyan edib ki, Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb: “Bu, bizim böyük sərvətimizdir. Dövlətin gücünü həm də cəmiyyətdə mövcud olan ab-hava, həmrəylik duyğuları müəyyən edir. Bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir. Biz bununla dünyaya müsbət töhfə veririk. Azərbaycanda əsrlər boyu multimədəniyyətli cəmiyyətlər mövcud olub, xalqlar arasında dostluq və həmrəylik bunun nümunəsidir. Azərbaycanın bir sıra təşəbbüsləri dünyada öz əksini tapıb. Məsələn, 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət tədbirinə İslam Konfransı Təşkilatına üzv dövlətlər də dəvət olundu. 2009-cu ildə İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasına üzv dövlətlərin nazirləri dəvət edilmişdi. Azərbaycanın təşəbbüsü ilə dünya dini liderlərinin zirvə görüşü keçirilib”. 

Google+ WhatsApp ok.ru