Professor: ‘Xəzərdə su səviyyəsinin düşməsi bəzi ölkələrə problem yaradacaq’

Professor: ‘Xəzərdə su səviyyəsinin düşməsi bəzi ölkələrə problem yaradacaq’

Çingiz İsmayılov: “Xəzər dənizinin şimal hissəsində çökmə prosesləri müşahidə edilir”

AMEA-nın Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov deyir ki, qlobal istiləşmə Xəzərdə su səviyyəsinin düşməsinə təsir edir
 
 
“Xəzərin səviyyəsinin düşməsi bir neçə səbəblə əlaqəlidir”.
 
Maide.Az bildirir ki, bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində Xəzərin ekoloji problemləri ilə bağlı tədbirdə AMEA-nın Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri,
professor Çingiz İsmayılov deyib.
 
Professor bildirib ki, qlobal istiləşmə Xəzərdə su səviyyəsinin düşməsinə təsir edir:
 
“Eyni zamanda onu da bildirim ki, Xəzəri şirin su ilə təmin edilməsi 80 faiz Volqa çayının hesabınadır. Volqa çayı ilə Xəzərə daxil olan su həcmi azalırsa, bu Xəzərdə su səviyyəsinə də təsir göstərir. Digər amil Xəzər dənizinin şimal hissəsinin çökmə prosesləri müşahidə edilməsidir. Bu proses də su səviyyəsinin azalmasına təsir edən amillərdəndir. Xəzər ətrafında yaranan ekoloji problemlər turizmə də təsir edir. Su səviyyəsinin azalması sahilyanı ölkələr, xüsusən də Rusiya və Qazaxıstan üçün ciddi problemlər yaradacaq”.

Google+ WhatsApp ok.ru