Proqnozlar Bürosu: Aprelin 26-dan etibarən hava şəraiti sabitləşəcək

Proqnozlar Bürosu: Aprelin 26-dan etibarən hava şəraiti sabitləşəcək

“Havanın temperaturunda yaxın 2-3 gün ərzində ciddi dəyişiklik gözlənilmir”
 
“Aprel ayının 26-dan etibarən hava şəraitinin sabitləşəcəyi gözlənilir”.
 
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
 
Onun sözlərinə görə, aprelin 24-ü gün ərzində əsən güclü külək gecə saatlarında tədricən mülayimləşəcək: “Külək aprelin 25-i gündüz saatlarında yenidən güclənəcək.
 
Sabah ölkə ərazisində güclü külək əsəcək. Aprelin 26-sı isə gündüz saatlarından başlayaraq hava şəraitinin tədricən mülayimləşəcəyi gözlənilir”.
 
G.Məmmədova bildirib ki, havanın temperaturunda yaxın 2-3 gün ərzində ciddi dəyişiklik gözlənilmir. /

Google+ WhatsApp ok.ru