Prorektorun oğlunu maşın vurub, 7 gündür komadadır

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanovun oğlunu maşın vurub, uşaq komaya düşüb. Maide.az xəbər verir ki, bu barədə məlumatı Eldar Aslanov Facebook səhifəsində yazıb. Prorektor bildirib ki, oğlu Ərcan artıq 7 gündür ki, komadadır.
 
“Dünən axşam Ərcanı ziyarət etdik, əvvəlki kimi yatır. Həkimlər səbrli olmagı, gözləməyi tövsiyə edir. Bu vəziyyət 3 həftəyədək davam edə bilər. Gördüklərim onun bizə dönəcəyinə inamımı daha da artırdı. Dualarınızı əsirgəməyin…”,-deyə Eldar Aslanov qeyd edib.

Google+ WhatsApp ok.ru