Putin Davos Forumunda iştirakdan imtina etdi 15 Noyabr 2014 02:00 Xəbərlər Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumun işində iştirak etməkdən imtina edib. Publika.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov bildirib. Davosa Rusiya prezidentinin əvəzinə baş nazir Dmitri Medvedev gedə bilər. Putin Davosa sonuncu dəfə baş nazir kimi 2009-cu ildə gedib. Kreml rəhbərinə hər il dəvət göndərilməsinə baxmarayaq, o, adəti olaraq Ümumdünya İqtisadi Forumda iştirakdan imtina edir. Qeyd edək ki, sanksiyalar altına düşən Rusiyanın iki bankı - VTB və Əmanət bankı Davos Forumunun stratefi partnyorudur. Bu banklar forumun təşkili üçün hər il 622 min dollar ödəyirlər. / Teqlər : #Putin Davos Forumunda iştirakdan imtina etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kilsədə cümə namazı İraq və Suriyadakı qaçqınların sayı 13 milyon nəfəri keçib