Qəzzada şəhid olanların sayı 1260 nəfərə çatıb

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, sionist rejimin Qəzzaya hücumları nəticəsində şəhid olan fələstinlilərin sayı 1260 nəfərə çatıb.  

Maide.az-ın əl-Cəzirə kanalına istinadən məlumatına görə,  işğalçı rejimin hücumları nəticəsində yaralananların sayı 7100 nəfəri keçib.

Məlumata əsasən, şhid olanlardan 252 nəfəri az yaşlı uşaqlardır.

BMT Təhlükəsizlik Şurası Qəzzada təcili atəşkəs olunmasını istəməsinə baxmayaraq sionist rejim hələdə BMT TŞ-nin çağrılşalarına məhəl qoymur və Qəzzaya raket hücumlarını davam etdirir.

Maide.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə,  işğalçı rejim Qəzzaya hücum etdiyi gündən indiyədək bu bölgədə 74 məscidə ziyan dəyib. Onlardan 20-si tamamilə dağıdılıb.

Həmas-ın hərbi qolu olan İzzəddin əl – Qəssam briqadası elan edib ki, indiyədək 90-dan artıq işğalçı rejim əsgərini öldürüb. / 

Google+ WhatsApp ok.ru