Qəbələdə zəlzələ olub

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 20 fevral 2015-ci il tarixində Bakı vaxtı ilə saat 00:25-də Qəbələdən 20 km şimal-şərqdə zəlzələ qeydə alınıb.
 
Maide.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 3.7 maqnitudada, yaxın yaşayış məntəqələrində isə 3-2 bala qədər hiss olunub. İlkin məlumata əsasən, tələfat və dağıntı olmayıb. 

Google+ WhatsApp ok.ru