Qədir Xum bayramı ilə bağlı tədbir keçirilib

Bakıda İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzində Qədir Xum bayramı münasibəti ilə tədbir keçirilib.
Maide.az xəbər verir ki, tədbirdə Əhlibeyt (ə) şəninə mədhiyyələr yazan şairlər və inanclılar iştirak edib.
 22 şair və bir qrup Əhli-Beyt (ə) aşiqinin iştirakı ilə keçirilən tədbirdə gecədə şairlər öz şerləri ilə bu mərasimə xüsusi mənəvi rəng qatıblar. 
Əhli-Beytin (ə) vəsfi, Qədir Xum hadisəsinin bəyan olunması və Həzrət Əlinin (ə) vilayətinin əhəmiyyəti bu mərasimdə şairlərin şerlərinin əsas mövzularından olub. 
Qeyd edək ki, zil-həccə ayının 18-i (Oktyabr ayının 2-i) “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir./
 

Google+ WhatsApp ok.ru