Qətllər sifarişçisi çinli milyarder Liu Xan edam olundu

Çində mədən kralı adlandırılan milyarder Liu Xan edam edilib.
Deyerler.org xəbər veri ki, Hanlong Qrupunun sabiq rəhbəri Liu Xan, qardaşı Liu Vei və üç nəfər cinayət şəriki keçən ilin may ayında "mafiya kimi cinayətlər təşkil etmək və qətllər törətmək" cinayətlərini qəbul ediblər. Çin məhkəməsi 5 müttəhimin edamına qərar verib. Qərar oxunanda Liu Xanın halı məhkəmədə pisləşib.
Çinin cənubundakı Siçuan şəhərində yerləşən Hanlong Qrupu mədənçilik, telekommunikasiya və kimyəvi məhsullar sektorunda fəaliyyət göstərir. Şirkətin rəhbəri Liu Xan 2011-ci ildə 1 milyard dollar müqabilində Avstraliyanın Sundance adlı dəmir xammalı şirkətini holdinqinə qatmaq cəhdilə diqqəti üzərinə çəkmişdi. Liu Xanın həbs edilməsi səbəbilə Hanlong holdinqi Sundance şirkətini ala bilmədi.
Liu Xan Forbes jurnalının ən varlı Çinli biznesmenlər siyahısında 142-ci yerdə qərar tutmuşdur./
 
 

 

Google+ WhatsApp ok.ru