Qəbələ meşələrində nə baş verir?

Kənd sakinləri iddia edirlər ki, kənddəki Qızıl Balıqartırma Zavodunun müdiri zavodun ərazisinin genişləndirilməsi adı altında torpaq sahələrini zəbt, fındıq bağlarını məhv edir. Zavod Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır.
 
Qəbələnin Çuxur Qəbələ kəndinin bir qrup sakini Azadlıq Radiosu-na danışırlar ki, 1975-ci ildən istifadələrində olan və abadlaşdırdıqları fındıq bağları əllərindən alınır. Sakinlər deyirlər ki, müdiri zavodun ərazisinin genişləndirilməsi adı altında torpaq sahələrini zəbt, fındıq bağlarını məhv edir. Zavodun ətrafında evlər var. Burada təqribən 10 ailə yaşayır. Elə vaxtilə ərazidə qoz-fındıq bağlarını salanlar da bu ailələrdir. Mərdan Məmmədovun sözlərinə görə, zavod müdiri hətta qırmızı kitaba düşən təxminən 50 sot ərazidəki qızılağacları da kəsdirib:
 
Rəsmi qurumlara müraciətlərinə baxmayaraq, proses davam edir, heç bir qurum, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunun qarşısı almaq üçün addım atmır.
Məsələ ilə əaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev AzadlıqRadiosuna bildirib ki, deyilənlər həqiqətə uyğun deyil:
 
«O adamlar vaxtilə balıq zavodunda işləyiblər, həmin torpaqları zəbt ediblər. Onların həmin torpaqlardan çıxarılmaları ilə bağlı Qəbələ rayon Məhkəməsi tərəfindən qətnamə də çıxarılıb. Yaxın vaxtlarda qətnamənin icrası baş tutacaq».
Sektor müdiri ağacların kəsilməsinə gəlincə, bildirib ki, cəmi dörd ağac kəsilib: «Həmin ağaclar elektrik xətlərinə mane olduğundan kəsilib, kəsilmələri də aktlaşdırılıb». /

Google+ WhatsApp ok.ru