Qəpik dövriyyədən yığışdırılır? – Rəsmi Açıqlama 07 Sentyabr 2016 01:00 Ölkə Mərkəzi Bankda “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tender elanı bir sıra kütləvi informasiya vasitələri tərəfindən yanlış şərh edilmişdir. Bankın açıqlamasında deyilir ki, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir. Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır. Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur ki dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Bildiririk ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədavüldən çıxarılan qəpiklər üçün nəzərdə tutulur. Anoloji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur. (marja) Teqlər : #Qəpik dövriyyədən yığışdırılır? – Rəsmi Açıqlama, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Attaşe: `İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70 faiz artıb` Bu banklardan dollar ala bilərsiniz