Qəlblərə süzülən elm damlası

Qəlblərə süzülən elm damlası

Loğman (ə) öz oğluna buyurmuşdur:

يا بُنَيَّ... إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ

“Oğlum! Allah-Taala ölü torpaqları səmanın bərəkətli yağışları ilə diriltdiyi kimi, insanların qəlblərini də elm və hikmət nuru ilə dirildir.”

(“Biharul-ənvar”, c.1, səh.204.)

Qısa izah

İnsanın qəlbi gül, çiçək və bar verən ağacların toxumları səpilərək əkilən bağça, bağ kimidir. Əgər bu münbit sahə vaxtlı-vaxtında suvarılarsa, çox səmərəli və təravətli mühit yaranacaqdır.

Fitrət sahəsinin yeganə suvarılma üsulu yalnız elm və hikmət yağışının həyat bəxş edən damcılarıdır. Bu baxımdan, elm və hikmətsiz qəlblər fayda və səmərəsi olmayan ölü qəlblərdir. Gəlin hər zaman və bütün hallarda öz qəlblərimizi elm və hikmət nuru ilə diri saxlamağa çalışaq və həyat bəxş edən elm yağışından faydalanaq.

Hazırladı: Maide.az – Maarif bölməsi

 

Google+ WhatsApp ok.ru