Qanunsuz tikintilərin söküntüsü: kampaniya, yoxsa, ciddi?

Qanunsuz tikintilərin söküntüsü: kampaniya, yoxsa, ciddi?

«Novoye Vremya» qəzetində «Qanunsuz tikintilərin söküntüsü: kampaniya, yoxsa, ciddi?» sualı gündəmə daşınır.
 
Yazıda bildirilir ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin səyi ilə paytaxtdakı qanunsuz hesab edilən tikintilərin sökülməsinə start verilib.
 
Müəllif yazıb ki, Bakıda qanunsuz tikintilər başlanğıcını Azərbaycanda «neft bumu» dövründə (2006-2014-cü illər) götürüb və həmin vaxtdan da bu mövzu daim gündəmdədir.
 
Yazıda daha sonra Bakı Şəhər İcra Hakimiyyətinə istinadən bildirilir ki, təkcə Xətai rayonunda 7 ərazidə belə tikintilər aşkarlanıb.
 
Müəllif hesab edir ki, əslində Azərbaycanda «qanunsuz tikinti» şərti anlayışdır: «Azərbaycanda heç bir icazə almadan böyük tikinti aparmaq bir yana, heç əlavə «balkon» artırmaq da mümkün deyil. Başqa sözlə, «şifahi icazə institutu» həmin bum dövründə işləyib, indi də işləməkdə davam edir. Heç kəsə də sirr deyil ki, korrupsiya, rüşvət bütün gücü ilə fəaliyyətdədir. İcazə isə müəyyən məbləğə görə verilir. Aydın olmur ki, qanunsuz tikintilərin bu həcmə çatmasına görə kim daha çox günahkardır- tikənlər, yoxsa baş verənlərə göz yumanlar?».
 
Müəllifin fikrincə, Azərbaycanda qanunsuz tikinti çox cəncəl məsələdir və burada hər şeyi bir buldozerlə həll etmək olmaz.
 
Yazıda vurğulanır ki, bu məsələdə həm sahibkarların və həm də sadə vətəndaşların maraqları nəzərə alınmalıdır.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru