Qarabağın tarixinin tədrisinə başladıq

VIII siniflərdə “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur

2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur.

ANS PRESS-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata, fakültativ kursun proqram və tədris vəsaiti çap olunaraq məktəblərə çatdırılıb.

2014-cü ilin fevral-may aylarında rayon və şəhərlərdəki ümumi təhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində “Müstəqil Azərbaycan tarixi” mövzusunda əlavə dərslər tədris olunub.

Təhsil Nazirliyi eyni zamanda “Məktəb qəhrəmanları ilə tanınır” adlı yeni layihəyə start verib. Layihənin məqsədi müasir təhsili milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirmək, şagirdlərə vətənpərvərlik ruhu aşılamaq, qəhrəmanlıq ənənələrini formalaşdırmaq və Milli Qəhrəmanlarımızı yaddaşlarda yaşatmaqdan ibarətdir. /


 

Google+ WhatsApp ok.ru