`Qara qızıl`a arxalanmaq

`Qara qızıl`a arxalanmaq

"Novoye Vremya" qəzetində isə "Postneft erasında "qara qızıl"a arxalanmaq olarmı?" sualına cavab axtarılır.
 
Yazıda qeyd edilir ki, neftin qiymət düşəndən sonra ölkənin gəlirləri bir xeyli azalıb. İndi ölkədə neftdən bir ildə təqribən 5 milyard dollar gəlir gözlənir: "Məbləğ kifayət qədər təsiredicidir. Amma bu, əvvəlki kimi vəsaitlərə qənaət etmədən iqtisadiyyatı düzəltmək üçün yetərlidirmi? Beynəlxalq reytinq agentliyi "Fitch" belə hesab edir ki, yetərli deyil".
 
Müəllifə görə, Azərbaycan iqtisadiyyatının yenidən özünə gəlməsindən ötrü neftin bir barreli minimum 66 dollara satılmalıdır: "Amma yaxın perspektivdə neftin barrelinin 66 dollara ola biləcəyi görünmür. Neft bazarında izafi neft həcmi var və hətta indiki qiymətlər belə aşağı düşə bilər".
 
Müəllif hesab edir ki, 10 illərlə neft amilinə əsaslanaraq büdcə quran dövlətlərin səhv yolda olduqları indi özünü çox aydın şəkildə göstərməkdədir.
 
Yazıda vurğulanır ki, bu vəziyyətdən yalnız qeyri-neft sektorunu inkişaf etdirməklə çıxmaq olar.
 
Müəllif qeyd edir ki, indinin özündə belə Azərbaycanda neft-qaz xammalının satışı ölkəyə ən çox valyuta gətirən sahədir: "Korrupsiya, məmur məsuliyyətsizliyi, ən başlıcası inhisar qeyri-neft sektorunun böhranda çıxmasına imkan vermir". /

Google+ WhatsApp ok.ru