Qaraçuxur 3 gündür susuz qalıb

14 fevraldan etibarən Suraxanı rayonunun bir neçə qəsəbəsində, o cümlədən "Yeni Günəşli", Qaraçuxurda su yoxdur. Sakinlər 3 gündür ki, susuzluqdan əziyyət çəkir.
 
Qeyd edək ki, sözügedən əraziyə suyun verilişi gün ərzində iki dəfə, fasilələrlədir. Yəni, səhər saat 07:00-dan 09:00-a və axşam saat 19:00-dan 21:00-a əhali su ilə təmin olunur.
 
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az saytına problemin bu gün aradan qaldırılacağını deyib:
 
"Əraziyə gedən su xətti yenisi ilə əvəzlənir.Bu səbəbdən də suyun verilişində fasilə yaranıb. Artıq işlər yekunlaşmaq üzrədir. Axşam saatlarında əhali su ilə təmin olunacaq".

Google+ WhatsApp ok.ru