Qarlı-şaxtalı hava sabah da davam edəcək 02 Yanvar 2016 02:00 Ölkə Azərbaycanda qarlı-şaxtalı hava şəraiti sabah da davam edəcək. Maide.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarmadasında gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. / Teqlər : #Qarlışaxtalı hava sabah da davam edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Güclü qar Bakı-Balakən qatarının hərəkətini dayandırıb Bayram günlərini qaranlıqda keçirənlər