Qar uçqunu nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb

Fevral 22-də baş verən qar uçqunu nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb.
 
Bu barədə APA-nın yerli bürosuna Quba 6 saylı Yol İstismar İdarəsindən məlumat verilib. Yolun açılması nəticəsində rayon mərkəzi ilə əlaqəsi kəsilən 7 kəndlə nəqliyyat yolu bərpa olunub.
 
Qeyd edək ki, Quba-Xınalıq yolunda 10-dək qar uçqunu baş vermişdi. Yol tamamilə bağlanmış, 7 kəndlə əlaqə kəsilmişdi.

Google+ WhatsApp ok.ru