Qar yağacaq, şaxta olacaq - HAVA PROQNOZU

Qar yağacaq, şaxta olacaq - HAVA PROQNOZU

Bakı və Abşeron yarımadasında fevralın 1-də fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz   0°-yə yaxın olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 765 mm civə sütunundan  769 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % təşkil edəcək.
 
Yolların buz bağlama ehtimalı var.
 
Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Google+ WhatsApp ok.ru