Qar yağdı, gediş haqqı birə beş artırıldı -FOTO

Qar yağdı, gediş haqqı birə beş artırıldı -FOTO

Bu gün səhər saatlarından Sumqayıta qar yağıb. Nəticədə şəhər daxili avtobusların gedişatında fasilələr yaranıb. Sumqayıtdan Bakıya getmək istəyən sərnişinlər isə avtovağzalda saatlarla avtobus və ya marşrut gözləyib.

 

Səbəb isə qarlı hava şəraitini fürsət bilən əksər sürücülərin gediş haqqını birə beş artırmaları olub. Belə ki, bu günə qədər gedişi haqqı 60 qəpik tələb olunan avtobusların sürücüləri sərnişinlərdən adambaşı 3 manat tələb edib. Sərnişinlər buna etiraz etsə də bəziləri çarəsiz qalıb razılaşmalı olublar. İmkanı olmayan sərnişinlər, xüsusən də tələbələr avtovağzaldan geri dönmək məcburiyyətində qalıb.

 

Şamaxı yolunda da qar yağması səbəbindən eyni problemlər yaranıb. Güdək qəsəbəsindən ta Xocəsən dairəsinə qədər avtomobillərin sürəti piyada adam sürəti qədər olub. Nəticədə kilometrlərcə tıxac yaranıb. (musavat.com)

 




Google+ WhatsApp ok.ru